Qarabağ Azərbaycandır!

Qədim tarixi olan Azərbaycan, tarixin ağır sınaqlarından uğurla keçmiş, qədim Mannadan Azərbaycan Respublikasına qədər olan bir dövrdən məharətlə çıxmışdır. Bu zaman çərçivəsində dəfələrlə yadelli basqınlarına məruz qalmış, lakin igid və mərd oğullarının vətən eşqi ilə ərazi bütövlüyünü təmin etməyə çalışmışdır. Dəfələrlə ərazisi bağlanılmış müqavilələrlə düşmənlər tərəfindən bölüşdürülmüş, vətən torpağının sahəsi kiçildilmişdir.

Tarixi Azərbaycan öz sərhədləri, görkəmli tarixçi və səyyahların verdiyi məlumatlarla öz təsdiqini tapır.Heç təsadüfi deyil ki, bu məlumatlar rus və erməni tarixçilərinin əsərlərində də öz əksini tapır. Qarabağın Azərbaycan torpaqları olduğunu sübut edən faktlar da bu cür məlumatlar arasındadır.

Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edir:

1. Qarabağ “qara”- böyük, sıx, “bağ” – bağ deməkdir.Yəni böyük, sıx bağ.

2. Şanov : Ermənilər Azərbaycana 1828-1830-cu illərdə İran və Osmanlı dövlətindən köçürülüb, bu köçürülmə Qarabağ, Naxçıvan, İrəvanı əhatə edir.

3. Tumanyan: Ermənilərin heç vaxt dövlətçiliyi olmayıb. Onlara verilən yerlərdə yerləşdirilib, yaşayıblar.

4.Kürəkçay müqaviləsində 1 dənə də olsun ermənilərə aid bənd yoxdur.

5.Pyotrun 1724-cü il fərmanı ilə ermənilər Azərbaycana köçürüldü.

I Qarabağ müharibəsi ilə (1988-1993) itirilmiş olan ərazilərimiz II Qarabağ müharibəsi ilə 27 sentyabr – 10 noyabr 2020-ci ildə geri qaytarılmışdır.Bu uzun zamandan sonra tariximizdə sərhədlərin bərpası ilə bağlı gördüyümüz ilk böyük naliyyətimizdir. Bu naliyyətin əldə olunmasında ali baş komandanımızın,müzəffər ordumuzun,igid və mərd oğullarımızın və bu oğulları böyüdən valideynlərin əvəzsiz rolu olmuşdur. Çünki, bu cür oğulları böyüdən, vətən eşqi ilə yaşadan Tomris, Sara Xatun, Burla Xatunun layiqli davamçıları olan igid və qeyrətli qadınlarımızdır. O qadınlar ki, müharibəni pisləmiş,amma vətən torpağının daim qorunmasının vacibliyini bildirmişdir.O ana ki, göyərçinin yuvasını dağıtmaqdan qorxduğu üçün oğlunun döyüşə dəbilqəsiz getməyinə razı olmuş, amma öz yumşaq qəlbi ilə yuva dağıtmağa qarşı çıxmışdır. O ana ki, antik tarixçi Apianı öz qəhrəmanlıqları ilə heyran etmişdir.

Əlbəttə bu cür analar və onların oğulları da müharibəni lənətləmiş amma vətən torpağının son damla qanı bahasına olsa belə qorumağı üstün tutmuşdur. Məhz buna görədə Azərbaycan oğulları düşməmlər tərəfindən əfsanəvi qəhrəmanlarla müqayisə olunmuş, Rembo və Terminator adlandırılmışdır. Bütün bu uğurlar Azərbaycan xalqının əvəzolunmaz igid və mərd oğullarının əməyidir.O oğullardan biri də, 220 nömrəli məktəbin adını daşıdığı Ərəstun Mahmudovdur.

Bu günki, qələbəmizdə millət və xalq olaraq birləşib dövlətimizin ətrafında yumruq kimi durmağımız ali baş komandanımızın düzgün strategiyası, qardaş və dost ölkələrin dəstəyi də danılmazdır.Mən inanıram ki, bu birlik daim və əbədi olacaq. Çünki,birlik olmayan yerdə dirlik də olmaz, bunun ən bariz nümunəsi isə  Yeddi nar çubuğudur. Babalarımızın xəzinə kimi miras qoyduğu bu nağıl daim bizə nümunə olmalıdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi