Şagirdlərin məktəbdaxili qiymətləndirilməsi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə təhsilalanların attestasiyasının ( məktəbdaxili qiymətləndirmənin ) aparılması qaydalarına əsasən hər hansı fənn üzrə illik qiymətləri "2", " 3" və ya "4" olan və bu qiymətlə razılaşmayan V - VIII və X sinif şagirdlərinin mövcud vəziyyətə uyğun olaraq 27 - 31 avqust tarixində bütün fənlərdən Microsoft teams proqramı üzərindən distant formada imtahan təşkil edildi. İmtahan məktəbin direktoru Lətifə Əzimova və tədris işləri üzrə direktor müavini Laləzar Məmmədovanın ciddi nəzarəti altında keçirildi.