"Bir millət, iki dövlət" təmsilçilərinin əməkdaşlığı
Türkiyə və Azərbaycan müəllimlərinin, onların şagirdlərinin qoşulduğu "Tarih kokan çoraplar" eTwinning layihəsi milli sənət nümunələrini, naxışları, onların anlamını öyrənməyi hədəfləmişdir. Ortaq mədəniyyətə sahib olan "Bir millət, iki dövlət" təmsilçiləri əməkdaşlıq nəticəsində bir sıra ortaq işlər ərsəyə gətirmişlər. Məktəblilər tərəfindən xalça, çorab naxışları çəkilir, ifadə etdikləri mənalar araşdırılır, məktub vasitəsilə bir-birinə göndərilir, müsabiqələr keçirilir, paylaşımlar edilir. Türkiyənin beş məktəbindən gələn məktuba cavab olaraq Bakı şəhəri Nizami rayonu Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xanım Qasımovanın şagirdləri də cavab məktubları yazmış, milli naxış nümunələri ilə qardaş ölkədəki eTwinning iştirakçılarını tanış etmişlər. Türkiyədən olan iştirakçı - Ankara Şereflikoçhisar Yavuz Sultan Səlim Fənn Liseyinin ingilis dili müəllimi Gülsüm Akgül təhsil xəbərləri saytında bu barədə məlumat da paylaşmışdır.
http://yavuzsultanselimfenlisesi.meb.k12.tr/icerikler/proje-ortagimiz-azerbaycandan-okulumuza-mektup_9745605.html