Məktəbəqədər qruplarda təhsil alan körpə fidanlarımız da diqqətdən kənarda qalmayıb!

Şagirdlərin təhsillə yanaşı layihələrdə də fəal iştirak etməsi dövrün tələblərindən biridir. 0”Ə”məktəbəqədər hazırlıq qrupunun uşaqları yaşlarının kiçik olmasına baxmayaraq artıq ilk layihələrini həyata keçirtdilər. Covid 19 pandemiyası ilə əlaqədar təhsillərini evdən davam etdirməklə yanaşı sinif rəhbərləri Firdanə Məmmədovanın qurucusu olduğu #EvdəQalEvdənÖyrən# eTwinning layihəsində fəal iştirak edərək avropalı həmyaşıdlarının adət-ənənələri, həyat tərzləri ilə yaxından tanış olmuş, öz ölkəsini, məktəblərini təmsil etmək fürsəti də qazanmışlar. Əziz balacalar, fəaliyyətinizi məktəbdə davam etdirmək ümidi ilə sizə uğurlar arzulayırıq!