Üfüqlər səmada oyanan səhər, Dan yeri şəfəqə boyanan səhər. Uşaqlar sabaha boylanan səhər Gəlin uşaqlara oxşayaq bir az!

1 İyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu əlamətdar gün münasibəti ilə 220 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Mətanət Abdullayevanın rəhbərlik etdiyi 4”C” və 0”C” sinif şagirdləri təbrik-təqdimat hazırlamışlar. Şagirdlər Məhəmməd peyğəmbərİn, Heydər Əliyevin, Maksim Qorkinin, A.S. Makarenkonun və başqa görkəmli şəxsiyyətlərin uşaqlar haqqında dediyi fikirləri səsləndirmiş və bir daha ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunması məsələsinə yönəltmişlər.
Uşaqlar bizim gələcəyimizdir! Onları qorumaq və Azərbaycana layiqli övlad kimi yetişdirmək ən ümdə borcumuzdur.

https://youtu.be/8eaBnZq5BQU

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi