Ey mənim varlığım, qəlbim, vicdanım, Mən sənə qurbanam, Azərbaycanım!

“Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən, milli ordunu, milli pulu, demokratlaşmanı, milli bankı, azad seçkiləri, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmi tanınmasını, Azərbaycanın bütövlüyünün təmin edilməsinı, iqtisadi islahatları və s. təmin edib.” Bu məlumatlar 26.05.2020-ci il tarixində 220 nömrəli-məktəb liseyin 6 “A” sinfində tarix müəllimi Gülmirə Hüseynovanın təşkil etdiyi “28 May-tariximizin şanlı səhifəsi” adlı dərs-təqdimatda səslənmişdir. Müəllim hazırladığı slaydlarda şagirdlərin diqqətini çəkəcək maraqlı nüansları xüsusi ilə fərqləndirmiş, uşaqların indiyə qədər eşitmədiyi bəzi faktları onların nəzərinə çatdırmışdı. Şagirdlər də öz növbəsində, AXC dövründə həyata keçirilmiş islahatlar barədə apardıqları araşdırmaları yoldaşları ilə bölüşmüşlər.

https://youtu.be/IIg-CtUdU-k

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi