28 May- Respublika günüdür!

1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu. Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu. Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir. 220 nömrəli məktəb-liseyin 9 “Z” sinif şagirdləri həm sinif rəhbərləri, həm də tarix müəllimləri olan Şərəf Əliyeva ilə birgə Azərbaycanın keçdiyi çətin və şərəfli istiqlal yoluna nəzər saldılar. Debat formatlı bu dərsdə şagirdlər fəal iştirak edərək, tarixi faktlara əsaslanan təqdimatlar, çıxışlar etdilər, video materiallar izlədilər. Şagirdlərdən Əzimli Babək, Fərzəliyeva Aydan, Qardaşova Zəhra, Sarıyeva Gülşən, Musayeva Cansu, Məmmədova Nərgiz xüsusi ilə fəal idilər.

https://youtu.be/fI1UZs8CfVw

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi