Azadlığın al rəmzi var bayrağında. Bayrağına canım qurban, Azərbaycan!

May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Karantin rejiminin çətinliklərinə baxmayaraq şagirdlərini hər imkandan yararlanaraq öyrətməyə çalışan müəllimlərimiz bu mövzuda şagirdləri ilə birgə layihələr keçirtmək, debatlar etmək məsələsini də gözardı etmədilər. Bakı şəhər Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin 5 “Ə” sinfində 28 May Respublika Gününə həsr olunmuş dərs keçirilmişdir. Azərbaycan dili və ədəbiyyatı müəllimi Xanım Qasımova Vətənimizin müstəqilliyi uğrunda aparılan mübarizədən, Şərqdə ilk Demokratik Respublikanın islahatlarından danışmışdır. Məktəblilər tarixi günlə bağlı məlumat vermiş, şeirlər söyləmiş, rəsmlər çəkmiş, bayraq ötürülməsi ilə bağlı video-material hazırlamışlar.

https://youtu.be/VXKA61kLOms

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi