Mən səyahətlərlə öyrənirəm

Yeddi ölkədən 20-dən çox müəllimin, 150-dən artıq şagirdin qatıldığı "l learn by travelling" (Mən səyahətlərlə öyrənirəm) eTwinning layihəsində Bakı şəhəri Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin müəllimi Xanım Qasımova öz şagirdləri ilə  iştirak edir. Layihənin rəhbəri Türkiyədən Zennube Esendir. Əsas məqsəd müxtəlif məkanlara: muzeylər, tarixi yerlər, kitabxanalar, kinoteatrlara səyahət etməklə şagirdlərin dünyagörüşünü artırmaq, maddi-mənəvi dəyərləri öyrənmə istəyini formalaşdırmaqdır. Səyahətlərlə bağlı ortaq hekayə və şeirlərin yazılması şagirdlərdə bədii təfəkkürün inkişafına, həm də fərqli ölkələrdən olan məktəblilərin bir-birini tanımasına yardımçı olur. Pandemiya dövründə bu səyahətlər onlayn şəkildə yerinə yetirilir, müəllimlərin, məktəblilərin evdə qalaraq zamanını dəyərləndirməsinə çox faydalı olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi