220 saylı məktəb-liseyin kiçik fiziklərindən maraqlı təcrübələr

Sevindirici haldır ki, karantin nə müəllimlərimizin öyrətmək əzmini, nə də şagirdlərimizin öyrənmək həvəsini azalda bilməyib. 6”Ç” və 6 “H” siniflərində fizikanı tədris edən məktəbimizin gənc və bacarıqlı fizika müəllimi Günel Bəşirova mövzuların daha dərindən mənimsənilməsi üçün şagirdlərini müxtəlif təcrübələr aparmaq istiqamətində təlimatlandırır. 6 “Ç” sinfinin şagirdləri “Ümumdünya cazibə qanunu. Ağırlıq qüvvəsi” mövzusu üzrə, 6 “H” sinfinin şagirdləri isə “Elektrik sahəsi bölməsi,batareya vasitəsi ilə kiçik elektrik lampasinin işıqlandırılması” mövzusu ətrafında bəzi təcrübələr aparmış, video yazısını müəllimləri və digər şagirdlərlə paylaşmışlar. Eyni zamanda şəkil çəkmək bacarıqları yüksək olan bəzi şagirdlər öz düşüncələrini müxtəlif rəsmlərdə əks etdirmişlər. Fizikanın həyata və digər fənlərə bu cür uğurlu inteqrasiyası vacib praktiki vərdişlərin və bacarıqların mənimsənildiyindən və dərsin məqsədlərinə müəllim tərəfindən nail olunduğundan xəbər verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi