Tarixi bir də tarixçıdən dinləyək!

9 May - Qələbə günü! Alman faşizmi üzərində qələbədən 75 il ötür. Bu münasibət ilə 220 nömrəli məktəb-liseyin 3 “E” sinfi nəktəbin tarix müəllimi Könül Hüseynova ilə onlayn görüş keçirtdi. Virtual məktəb platforması üzərindən gerçəkləşən görüşdə müharibədə istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərmiş azərbaycanlıların, Bakı neftinin mühüm rolu açıqlandi. Müharibədə göstərdikləri misilsiz qəhrəmanllğın müqabilində 43 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, 30 nəfərin isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilməsi barədə üçüncülərə məlumat verildi. Bu görüş həm də aşağı ainif şagirdlərinin yuxarı siniflərin fənn müəllimləri ilə tanışlığı və təməl ünsiyyətin yaradılmasına xidmət edirdi.