Böyük qələbəyə böyük töhfə

220 nömrəli məktəb-liseyin 5 "B" sinif şagirdləri tarix dərslərində “Böyük qələbəyə böyük töhfə” adlı təqdimat etdilər. Təqdimat zamanı tarix müəllimi Qocayeva Nərgiz məruzə edərək, bildirdi ki, 1941-1945-ci illəri əhatə edən Böyük Vətən Müharibəsinin qələbə ilə nəticələnməsində Azərbaycan oğullarının və qızlarının rolu danılmaz olub. Bu günün ölkəmizdə bayram kimi qeyd olunmasinda İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov və s. minlərlə oğullarımızın töhfəsi olmuşdur. Bu bayramda biz təkcə 121 Sovet İttifaqı qəhramanını deyil, ön və arxa cəbhədə qələbələrimizi təmin edən qəhrəmanlarımızı da xatırlayıb yad etdik. Yad etdik ki, tariximiz gələcək nəsillər üçün yadlaşmasın, yaddaşlarda həkk olunsun!