Şuşanın işğalından 28 il keçir...

Şuşanın işğalından 28 il ötür. Bu münasibətlə Nizami rayonu Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Abdullayeva Mətanət tədris etdiyi 4-cü sinif şagirdləri ilə evdə qalaraq maraqlı videoçarx hazırlamışdır. Layihədə 23 şagird Şuşada doğulan görkəmli şəxsiyyətləri canlandırıb; Üzeyir Hacıbəyov, Bülbül, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Süleyman Ələsgərov, Əbdürrəhim bəy Vəzirov , Barat Şəkinskaya, Xurşidbanu Natəvan və başqaları haqqında məlumat və şəkillər öz əksini tapıb. Layihənin məqsədi işğal altında olan torpağımızın dahilərini tanıtmaq, şagirdlərin yaddaşına həkk etməkdir.

https://m.youtube.com/watch?feature=youtu.be&v=gOrxM5GxtWk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi