Növbəti pedaqoji şura iclası

01.05.2020-сi il tarixdə 220 nömrəli məktəb-liseyin microsoft teams proqramı üzərində 2019-2020-ci tədris ilində keçirilməsi planlaşdırılan növbəti pedaqoji şura iclası keçirildi. İclasın gündəliyində dayanan məsələlər aşağıdakılar idi:
1. Pandemiya dövründə müntəzəm şagird-müəllim-valideyn ünsiyyətinin təmin edilməsi.
2. Bütün siniflərdə bütün fənlər üzərindən tədrisin davamlılığının təşkil edilməsi.
3. Pedaqoji kollektivin və şagird kontingentinin virtual məktəbdə qeydiyyatdan keçməsinin təmin edilməsi.
4. Virtual məktəbdə siniflər üzrə dərs cədvəlinin yaradılması, məşğələlələrin təşkil edilməsi və s məsələlərdə yarana bilənəcək problemlər və onların həlli.
5. Məktəbin 6 sinif komplektində komplektləşdirilmiş IX sinif şagirdlərinin buraxıllş imtahanının növbəti mərhələsinə hazırlıq vəziyyəti və bu istiqamətdə gücləndirilmiş işin həyata keçirilməsi.
6. Məktəblərdə tədrisin müvəqqəti dayandırılmasına baxmayaraq nazirlik və idarə tərəfindən həyata keçirilən virtual təhsil layihələrində, müsabiqə və yarışlarda liseyin bacarıqlı və intellektual şagirdlərinin, komandalarının iştirakının və onların hazırlığının təmin və təşkil edilməsi məsələləri.
İclasda 172 nəfərlik pedaqoji kollektivdən 130 nəfər nümayəndə iştirak edirdi. İclası giriş sözü ilə məktəbin direktoru Lətifə Əzimova açdı. O, kollektiv üzvlərini salamlayaraq, onlara öncə bu müddət ərzində göstərdiklər səy və fədakarlıq üçün təşəkkür etdi. Daha sonra qarşıda dayanan problemlər və hədəflər barədə məlumat verdi. Lətifə xanımdan sonra iclası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehriban Məmmədovanın karantin dövründə görülmüş işlər və yaranmış problemlər barədə hesabat xarakterli çıxışı ilə davam etdirdi. Növbəti çıxışlar məktəbin direktor müavinləri Könül Tarverdiyeva, Laləzar Məmmədova, Elza Bağırova və Günel Quliyeva tərəfindən səsləndirildi. Daha sonra müəllimlərə çıxış sözü verildi. Onların mövcud istəkləri və problemləri ilə maraqlanıldı. Eyni zamanda məktəbin virtual məktəb layihəsində koordinator kimi seçilmiş müəllimləri Ofeliya Qafarova və Gülnarə Əzimovanın keçirilən təlimlər, müəllimlərin bu təlimlərdə iştirakı və platforma üzərindən görülən işlər barədə hesabatı da dinlənildi. İclas 2 saat müddətində davam etdi və video yazısı qeydə alındı.