Mənim qəhrəmanım

220 saylı məktəb-lisey 8x sinif şagirdi Zibeydə Əsgərova:
"Mən sizə öz qəhrəmanım haqqında danışmaq istəyirəm. Mənim qəhrəmanım Murad Mirzəyevdir. O,1976-cı ildə Sabirabadda anadan olub. 3 hərbi məktəbi bitirən qəhrəmanım işindəki peşəkarlığı və polad əzmi ilə öz yoldaşlarına örnək olurdu. 2016-cı ildə Lələtəpə uğrunda gedən döyüşlərdə böyük şücaət, igidlik göstərmişdir. M.Mirzəyev qartal kimi böyük dəqiqliklə 14 düşmən tankının yerini müəyyənləşdirmiş və məhv etmişdir. Bu əməliyyatlar zamanı uca şəhidlik zirvəsinə yüksəlir.
Öz vətən sevgisi ilə şəhidlik zirvəsinə yüksələn Murad Mİrzəyev indi şəhid olduğu Lələtəpədən sanki bizə baxaraq deyir: "Vətən sizə əmanət.Onu qoruyun!"
Mən öz qəhrəmanımla fəxr edirəm!"