Elimizə Novruz gəlir

Türk dünyasının ən önəmli və sevilən bayramlarından biri Novruz bayramıdır. Bu bayramın adət-ənənələrini öyrənmək və təbliğ etmək məqsədilə 220 saylı məktəb-liseydən Ofeliya Qafarovanın və Türkiyədən Filiz Yıldızın rəhbərliyi ilə "Elimizə Novruz gəlir" adlı eTwinnig layihəsi bir sıra ölkələrin müəllim və şagirdlərini birləşdirmişdir. Novruz bayramına qədər su, od, yel və torpaq çərşənbəsi ilə bağlı müxtəlif fəaliyyətlər: inanclar, atalar sözləri, mahnılar, video və rəsmlər təqdim olunur. Layihə iştirakçılarının birgə onlayn görüşləri keçirilir. Layihədə məktəbimizi müəllimlərdən Xuraman Babayeva, Xanım Qasımova, Firdanə Məmmədova, Fidan Əliyeva, Taliyə Mirzəliyeva təmsil edirlər. Milli-mənəvi dəyərlərin təbliğ olunma baxımından bu layihənin böyük əhəmiyyəti var.