Beynəlxalq Mülki Müdafiə Günü

1 Mart - Beynəlxalq Mülki Müdafiə Günü Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Mülki Müdafiə Günü məktəblərdə xüsusi tədbirlər planının əsasında qeyd edilir. Ümumtəhsil məktəblərinin Il,V,Vl siniflərdə xüsusi proqram əsasında Mülki Müdafiə dərsləri tədris edilir. 220 nömrəli məktəb-liseydə də 28.02.2020-ci il tarixdə günün əhəmiyyətini dərk etdirmək və şagirdləri bu sahədə maarifləndirmək məqsədi ilə müxtəlif tədbirlər həyata keçirildi. İbtidai siniflərdən 3 “ G”, 4 “H” sinfində müəllim Elza Bağırzadə və Firdanə Məmmədovanın təşkilatçılığı ilə xüsusi dərslər təşkil edildi. Dərslərdə məktəbin hərbi rəhbəri Mübariz Məmmədov da iştirak etdi. Eyni zamanda məktəbin foyesində hərbi rəhbərin koordinatorluğu ilə şagirdlər tərəfindən nümunəvi təlim məşqləri keçirildi. Mövzuya aid şagirdlər tərəfindən çəkilmiş müxtəlif rəsmlər sərgiləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi