Xocalı soyqırımına dair silsilə tədbirlər

26.02.2020-ci il tarixində 220 nömrəli məktəb-liseydə Xocalı soyqrımının 28-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirildi. Bunlardan biri də məktəbin tarix müəllimi Şərəf Əliyevanın 9”Z” sinif şagirdləri ilə birgə hazırladığı "Tarix heç nəyi unutmur" adlı tədbiri oldu. Digər bir tədbirimiz isə məktəbin ibtidai siniflər üçün ayrılmış korpusunda 4”C” və 3”G” sinif şagirdlərinin müəllimləri Mətanət Abdullayeva və Elza Bağırzadənin rəhbərliyi ilə ərsəyə gətirdikləri “Unutmadıq, unutmarıq!!!” adlı tədbir idi. Sonda şagirdlərimiz məktəbin həyətində "Xocalı 28" flaşmobunu nümayiş etdirdilər. Məktəbin foyesində şagirdlərimizin hazırladığı Soyqrımın dəhşətlərini əks etdirən rəsm əsərləri nümayiş etdirildi. Bütün siniflərdə faciə qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi