Xocalı faciəsinin 28-ci ildönümü

25.02.2020-ci il tarixində 220 nömrəli məktəb-liseyin kitabxanasında Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş “Şəhid Şəhər” adlı tədbir keçirildi. Tədbirdən öncə şagirdlər həmin günün dəhşətlərini ölümsüzləşdirmiş fotolarla tanış oldular. Faciə haqqında məktəbin tarix müəllimlərinin çıxışlarını dinlədilər. Daha sonra 5-ci və 6-cı sinif şagirdlərinin hazırladıqları kompozisiyalar dinlənildi. Tədbirin hazırlanmasında məktəbin kitabxana müdiri Bənövşə Həsənova, kitabxanaçı Məhəbbət Hüseynova və ana dili müəllimi Rəsmiyyə Eminovanın təşkilatçılığı və təşəbbüsü olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi