Milli Qəhrımanımız Ərəstun Mahmudovun doğum günü anıldı

24.02 tarixi 220 nömrəli məktəb-liseyin adını fəxrlə, qürurla daşıdığı Milli Qəhrımanımız Ərəstun Mahmudovun doğum günüdür. Bu gün Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin 5”c” və 5”ə” sinif şagirdləri məktəbin foyesində qoyulmuş  Milli Qəhrəman Ərəstun Mahmudovun büstü ətrafına toplaşaraq şəhidin doğum gününü andılar. Şagirdlər şəhidin həyatı haqqında məlumat verib,  vətənpərvərlik şeirləri söylədilər. Şəhidimizin büstü önündə baş əyib, onun ruhu qarşısında  müqəddəs şəhid qanlarının yerdə qalmayacağına dair söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi