21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur

Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevral ayının 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Ə. Mahmudov adına 220 nömrəli məktəb-liseydə Ana dili Günü ilə bağlı silsilə tədbirlər keçirildi. Ana Dili Günü ilə bağlı tədbirlərdə BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi, direktor müavini Züleyxa Ələkbərova, psixoloq Səidə Əhmədova, metodistlər Tahirə xanım, Roza xanım, Nuranə xanım, Abdulla müəllim, Rövşən müəllim iştirak etmişlər. Açıq dərslər, debatlar, müzakirələr, şagirdlərin və müəllim kollektivinin köməyi ilə keçirilən tədbirlər rəngarəng kadrlarla yaddaşlarda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi