STEAM AZƏRBAYCAN

29.01.2020 tarixində "STEAM Azərbaycan" layihəsi çərçivəsində Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva 220 nömrəli məktəb-liseydə layihədə iştirak edən və STEAM dərslərini tədris edən Fizika və İnformatika müəllimləri ilə görüşdü. Məktəb direktoru Lətifə Əzimova və 220 nömrəli məktəbin müəllimləri STEAM dərslərində şagirdlərin yeni bacarıqlara yiyələndiyini və uğurlu nəticələr əldə etdiyi haqqında məruzə etdilər. Məhəbbət Vəliyeva STEAM layihəsi ve STEAM təhsilinin fəlsəfəsi haqqında fikirlərini bölüşdü və bu dərsin tədrisi və gözləntilərə dair geniş müzakirələr aparıldı.