“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirildi

Aprel ayının 26 - da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin Bakı şəhəri üzrə final mərhələsi keçirildi. “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin keçirilməsində əsas məqsəd şagirdlərin kimya elminə olan marağını daha da artırmaq, bu sahədə nəzəri və təcrübi biliklərini təkmilləşdirməkdir. Bakı şəhəri ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin final mərhələsində 24 komanda iştirak etdi. Tədbirdə final mərhələsində iştirak edən bütün iştirakçılara Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən Sertifikatlar təqdim olundu. Məktəbimizin komandasını təmsil edən Əbilov Əkbər, Yusifov Loğman və Hüseynova Firəngiz 37 balla I dərəcəli diploma layiq görüldü.