Şagirdlər Milli Qəhrəmanımızın məzarını ziyarət etdilər

27.01.2020-ci ildə 220 nömrəli məktəb-liseyin adını qürurla daşıdığı Milli Qəhrəman Ərəstun Mahmudovun Şəhidlik zirvəsinə yüksəlməsindən 28 il ötür. Bu gün bu münasibətlə məktəbin müəllimi Mürsəlova Mehriban 5a sinfi ilə Ə.Mahmudovun anım gününü təşkil etdilər. İlk öncə şagirdlər Şəhidin məktəbdəki büstünün önünə tər qərənfillər düzərək şeirlər və şəhid haqqında topladıqları məlumatları söylədilər, sonra şəhidin yaşadığı binanın qarşısındakı lövhəyə də qərənfillər düzdülər. Sonda şagirdlər Şəhidlər Xiyabanına ziyarətə getdilər.