"Müxtəlif ölkələrdəki təhsil sistemi ilə tanışlıq" layihəsi

Azərbaycanın Bakı şəhəri 220 saylı məktəb-liseyi ilə Türkiyə Anadolu məktəblərinin müəllim və şagirdləri birgə eTwinning layihəsinə qoşulmuşlar. "Müxtəlif ölkələrdəki təhsil sistemi ilə tanışlıq" adlı layihə çərçivəsində bir sıra ölkələrin təhsili ilə bağlı məlumat, təqdimat və videomateriallar hazırlanib, videokonfrans təşkil olunub. Layihə rəhbəri Xanım Qasımova və müəllim Xuraman Babayevanın şagirdlərinin iştirakı ilə yanvar ayının sonuna kimi eTwinningçilər öz işini tamamlayacaqlar. Bu layihədə məqsəd şagirdləri dünya təhsil sisteminin mütərəqqii ənənələri ilə tanış etmək, bir-birlərindən faydalanmaqdır.