20 Yanvar faciəsinin otuzuncu ildönümü

Azərbaycan Respublikası Təhsil nazirinin "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"na uyğun olaraq 220 nömrəli məktəb-liseydə 10.01.2020-ci ildə 6f sinfi ilə məktəbin kitabxanasında təşkilatçı, psixoloq, kitabxanaçı dəyirmi masa təşkil etdilər. 14.01.2020-ci ildə məktəbin azərbaycan dili ədəbiyyat müəllimi İsgəndərova Yeganə 6e sinfi ilə birlikdə kitabxanada dəyirmi masa təşkil etdilər.