3-cü sinif şagirdləri ilə “Su qoruqçuları” adlı II beynəlxalq eko-dərs keçirildi

Beynəlxalq maarifləndirici “Su qoruqçuları” adlı layihə Pepsiko şirkətinin təşəbbüsü ilə “Eka” adlı Yaşıl hərəkatın dəstəyi ilə gerçəkləşir. Bu layihəyə MDB ölkələrinin səkkizi qatılaraq dəstək olurlar. Dərsin məqsədi şagirdlərdə su ehtiyatlarına məsuliyyətli davranmanı formalaşdırmaq və gündəlik həyatlarında suyu qoruyub saxlamağı öyrətməkdir. “Su qoruqçuları” adlı eko-dərs məktəbimizin biologiya müəllimi Məhərrəmova Aynurə tərəfindən 3Ç sinfində keçirildi. Şagirdlər suyu gündən-günə öz gündəlik yaşamlarında qoruyub saxlamağı öyrəndilər, açıq-aydın örnəklərlə su ehtiyatlarının işlədilməsinin aktual problemlərini gördülər. Dərsə başlamamışdan əvvəl bir dəqiqəlik sükutla şəhidlər yad edildi. Dərsin mövzusu su olmasına baxmayaraq Aynurə müəllimə sinif otağını şagirdlərin çəkdiyi Xocalı, 20 Yanvar şəkilləri ilə düzəltmiş, şagirdlərin geyimində belə hərbi paltarlardan istifadə etmiş, dövlətimizin atributlarını əks etdirmişdir. Layihəni əks etdirən şəkillər Moskva saytlarında da yerləşdirilmişdir. Məqsəd nəinki bu layihədə iştirak etmək, həmçinin sülhsevər Azərbaycan xalqını başqa xalqlara təqdim etməkdir. Biz inanırıq ki, bu gün tərbiyə etdiyimiz gənclər gələcəkdə bütün dünyada öz sözünü deyə biləcək Azərbaycan vətəndaşı kimi yetişəcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi