"Ədəbiyyat biliciləri" müsabiqəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə uyğun olaraq 29.12.2019-cu il tarixdə 220 saylı məktəb-liseydə "Ədəbiyyat biliciləri" müsabiqəsi keçirildi. Müsabiqədə VIII-XI sinif şagirdləri iştirak edərək oxuduqları bədii əsərlərin onların dünya görüşlərində, mənəviyyatlarında oynadığı rol barədə fikirlərini yazdılar.