Məktəblilərarası Astronomiya Olimpiadasının nəticələri məlum oldu

Təşkilat komitəsinin qərarına əsasən ən yaxşı nəticə göstərən 3 şagird I yerə, növbəti 4 şagird II yerə, növbəti 7 şagird isə III yerə layiq görülmüşdür. Mükafatlandırma mərasimi 21 dekabr saat 11:00 tarixində Bakı Dövlət Universitetində baş tutdu. Tədbirdə bütün iştirakçılar hədiyyə və sertifikatla, habelə qaliblər diplom və xüsusi mükafatlarla təltif olundu. Məktəbimizin 9z sinif şagirdi Qasımlı Ramin III yerə layiq görülmüşdür.