Dostluq telekonfransı

18.12.2019-cu il tarixdə Bakı şəhəri 220 saylı məktəb-liseydə eTwinning-in "Müxtəlif ölkələrin təhsil sistemi ilə tanışlıq" layihəsi çərçivəsində Türkiyə məktəbi ilə telekonfrans uğurla baş tutdu. Layihənin rəhbəri Xanım Qasımova, müəllimlər Xuraman Babayeva, Mersin Anadolu Liseyinin müəllimi Gülşen Tam Olfaz və onların şagirdləri müxtəlif ölkələrin təhsil sistemi ilə bağlı maraqlı təqdimatlar etdilər. Telekonfransda Azərbaycan və Türkiyə dostluğunu əks etdirən şeir kompazisiyası da təqdim olundu.