Onların yazdığı qəhrəmanlıq səlnaməsi bu gün də qürurla anılır

Azərbaycan Respublikası Təhsil Nazirliyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 14 avqust 2019-cu il tarixli məktubunda Rusiya Dövlət Humanitar Universiteti tərəfindən hazırlanmış metodiki tövsiyəyə uyğun olaraq 2019-2020-ci dərs ilində ümumtəhsil müəssisələrində 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunnuş vahid xatirə dərsləri keçirilməyi tövsiyyə olunur. Bu məqsədlə 16.12.2019-cu il tarixində məktəbin tarix müəllimi, tarix fənni üzrə metodbirləşmə rəhbəri Şərəf Əliyeva 9 “Z”sinfində "Böyúk Vətən Müharibəsində Azərbaycan SSR-nin rolu" mövzusunda xatirə dərsi təşkil etdi. Keçirilən xatirə dərsində şagirdlər müharibədə Azərbaycan xalqının göstərdiyi əzimkarlıq və mübarizlikdən söhbət açdılar. Torpaq uğrunda canından keçən qəhrəmanlarımızın ölümsüz xatirələrini andılar. Müharibənin ssenariləşdirildiyi filmlərdən fraqmentlərə baxdılar. Tarixin XX əsrin başlanğıcında dünyanı silkələmiş II Dünya Müharibəsi səhifələri Şərəf müəllimin və şagirdlərin maraqlı təqdimatlarında yenidən səhifələndi.