Heydər Əliyevin əbədi xatirəsi yad edildi

12.12.2019-cu il tarixdə 220 nömrəli məktəb-liseyin kitabxanasında ulu öndər Heydər Əliyevin anım günü keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin kitabxana müdiri Həsənova Bənövşə "Zəmanəmizin böyük azərbaycanlısı" adı altında Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında çıxış etdi. Məktəbin IV, V və VI sinif şagirdləri ümummilli liderimiz haqqında şeirlər və maraqlı fikirlər söylədilər. Kitabxanada ulu öndərin həyatı, siyasi fəaliyyəti haqqında olan kitab sərgisi və şagirdlərin hazırladıqları qəzet-posterlər nümayiş olundu.Tədbirdə Məktəblinin dostları, Uşaq birliyi rəhbəri Əmralıyeva Səkinə, ədəbiyyat müəllimi Eminova Rəsmiyyə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi