2-ci sinif şagirdləri ilə Almaniya, Polşa və Xorvatiya məktəbləri arasında skype vasitəsilə telekonfrans görüşməsi keçirildi

Avropa Şurasının eTwining layihəsi çərçivəsində “Yellow star’s Stories ” layihəsi üzrə məktəbimizin ingilis dili müəllimi, eTwining üzrə təlimçi Qafarova Ofeliya 2C sinfinin şagirdləri ilə Almaniya, Polşa və Xorvatiya məktəbləri arasında skype vasitəsilə telekonfrans görüşməsi keçirdi. Azərbaycanlı şagirdlər avropalı şagirdlər ilə ünsiyyət qurdu, ortaq dil ingilis dili idi. Şagirdlər mahnı oxudular, rəsmlərini paylaşdılar, “Sarı gəlin” rəqsini nümayiş etdirdilər. Milli geyimlərimiz Avropa tərəfdaşları tərəfindən maraqla qarşılandı. Bir tədris ili davam edəcək bu layihənin əsas məqsədi Avropanın müxtəlif ölkələrindən olan şagirdlərin onlayn müstəvidə birgə iş görməsi, XXI əsr bacarıqlarının inkişaf etdirilməsidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi