Riyaziyyat öz qalasının qapısını yalnız güclü və cəsarətli insanlara açır

Riyaziyyat bütün dəqiq elmlərin danışdığı dildir. 07.12.2019-cu il tarixdə 220 nömrəli məktəb-liseyin 3”E” sinif sagirdləri ETwinning "Riyaziyyat hər yerdə” adli layihəsini həyata keçirdi. Layihənin məqsədi riyaziyyat fənninə qarşı olan qorxu hissini aradan qaldırmaq, əylənərək riyazi qaydaları, düsturları öyrənmək və bu metodu digər şagirdlərlə də paylaşmaq olmuşdur. Bu məqsədlə çəkilən rəsmlər poster şəklində dayanacaqlara asıldı, uşaqlar həmyaşıdlarına maarifləndirici hədiyyələr payladılar. Beləliklə, dayanacaqda keçirilən vaxt əbəs deyil, səmərəli keçərək, fayda qazandırmış olur. Turkiyə Osmaniye Karacaoğlan orta məktəbinin riyaziyyat müəllimi Mukaddes Karipin layihəsi Türkiyənin 81 şəhərində, Albaniya, Ruminya kimi ölkələrin iştirakı ilə həyata keçirilir. Azərbaycanda 220 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Fidan Əliyeva da öz fidanları ilə layihəyə bu şəkildə töhfələrini qatdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi