Cəlil Məmmədquluzadə - 150 illik yubiley

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.03.2019-cu il tarixli F-136 nömrəli “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər planının təsdiq edilməsi barədə" əmrinə əsasən 05.12.2019- cu ildə 220 nömrəli məktəb-liseydə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin zəngin yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə 9H sinif şagirdləri yazıçının "Ölülər", “Anamın kitabı", “Poçt qutusu" əsərlərindən səhnələr nümayiş etdirdilər. Sinfin ana dili və ədəbiyyatı müəllimi Səidə Mirzəyeva şagirdlərə Cəlil Məmmədquluzadə yaradıcılığının xalqımızın o dövrdə maariflənmə prosesindəki müstəsna rolundan danışdı. Tədbirdə şagirdlər səhnələşdirdikləri əsərlər üzərində təhlil apararaq bu əsərlərin mənəvi əhəmiyyətinin bu günlə də həmahəng səsləndiyini qeyd etdilər.Tədbirdə məktəb rəhbərliyi və müəllimlər də iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi