Şagirdimiz “Ölkəmizi tanıyaq” tur-aksiyasında

  Məktəbin 9”F” sinif şagirdi Sübhan Şükürlü “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin Gəncə-Şəmkir-Göygöl bölgələrinə təşkil olunmuş, maarifləndirici tur-aksiyalarında iştirak etmişdir. Bu aksiyalar dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən keçirilərək ənənə halını almışdır.Sübhan məktəbin müxtəlif siniflərində şagird yoldaşları ilə səfər təəssüratları haqqında danışaraq,öz maraqlı məlumatlarını  paylaşdı. Onlara təqdim edilən intellektual oyunlar, tamaşalar, konsertlət haqqında fikirlərini bildirdi. Onun üçün daha maraqlı olan səfər etdiyi rayonlarda Heydər Əliyev Mərkəzlərində əldə etdiyi biliklər olmuşdur. Bu səfərin onun üçün böyük əhəmiyyətə malik olduğunu bildirdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi