Növbəti iclas keçirildi

Bu gün məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. İclasın gündəliyində duran əsas məsələlər təhsilin keyfiyyətinin, dərsə davamiyyətin gücləndirilməsi, zəif oxuyan şagirdlərlə iş və “Kiçik Akademiya”nın fəaliyyətindən ibarət idi.
Məktəb rəhbərliyi gündəlikdə duran əsas məsələlər haqqında müzakirələr apararaq, bəzi təkliflər irəli sürdülər. Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın rəhbəri Səadət Ədilova çıxış edərək, yaradıcı, ixtiraya meyilli şagirdlərlə görülən işlərlə bağlı məlumat verdi.