Son zəng çalındı

Bu gün məktəbin XI sinif şagirdləri son zəng tədbirini qeyd etdi.Tədbirdə məktəbin rəhbərliyi, Xocasən Bələdiyyəsinin nümayəndələri, müəllim və şagirdlər, valideynlər iştirak etdi. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və müqəddəs bayrağımızın gəlişi ilə başlandı. XI sinif şagirdləri maraqlı nümunələrlə çıxışlar etdilər.Tədbirdə məktəbin direktoru Bənövşə Cəfərova çıxış edərək, şagirdlərə gələcək təhsillərində uğurlar arzu etdi.Tədbir bayram şənliyi ilə davam etdi.