“Valideynin məktəbdə bir günü”

30 may tarixində məktəbdə “Valideynin məktəbdə bir günü” adı altında iclas keçirildi. İclasda məktəbin rəhbərliyi, müəllimlər, valideynlər iştirak etdi. İclas zamanı məktəbdə tədrisin keyfiyyətli olması ilə əlaqədar görülən işlərdən, şagirdlərin fərdi inkişaf dinamikasının izlənməsi haqqında söhbət açıldı. Təlim-tədris mühitinin təkmilləşməsi istiqamətində onların fikirləri dinlənildi. Valideynlər müzakirələrdə fəal iştirak etdilər.