IX sinif şagirdlərinin diaqnostik qiymətləndirilməsi keçirildi

Bakı şəhəri Təhsil İdarəsi tərəfindən təşkil olunmuş “Məktəb seminarları”da qeyd edildiyi kimi, IX sinif şagirdləri arasında keyfiyyətin artırılması məqsədi ilə BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan zəif təlim nəticəsi göstərən şagirdlərin müəyyənləşdirilməsi və həmin şagirdlərlə məqsədyönlü işin təşkili nəzərdə tutulmuşdur. Bununla əlaqədar diaqnostik və mövzu qiymətləndirmə imtahanlarıının keçirilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
Şagirdlərin bilik və bacarıq səviyyəsini yenidən müəyyən etmək məqsədilə martın 14-də məktəbin IX sinif şagirdləri üçün sınaq imtahanı keçirildi.
.