Xocalı faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir keçirildi

Məktəbdə Xocalı faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir məktəbin müəllimi Vəfa Nağıyeva və Nigar Hüseynovanın təşkilatçılığı ilə baş tutdu. Tədbirdə unudulmaz faciəni özündə əks etdirən video-çarxlar, şeir kompozisiyaları, səhnəciklər təqdim edildi. Tədbirdə məktəbin direktoru Bənövşə Cəfərova , direktor müavinləri,müəllim və şagird kollektivi iştirak etdi. Çıxış zamanı B.Cəfərova bildirdi ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. O həmçinin ölkə başçısının və Azərbaycan xalqının Xocalı şəhidlərinin xatirəsini anmaq üçün Xocalı abidəsinə doğru yürüş haqqında da məlumat verdi.
.