20 yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü

20 Yanvar hadisələrindən iyirmi doqquz il ötür. Məktəbin direktoru Bənövşə Cəfərovanın rəhbərliyi ilə dəyirmi masa keçirildi. Xalqımızın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Söhbət zamanı məktəbin tarix müəllimləri hadisə barədə çıxışlar etdilər. Xalqımızın yaddaşından silinməz izlər qoyan faciə ilə bağlı fikirlər söylənildi.
Şəhidlərimiz hörmətlə anılaraq, qəlbimizdə əbədi yaşayacaqlar!
.