“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü “ adlı tədbir

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il bayramı münasibətilə məktəbin akt zalında böyük bayram tədbiri keçirildi.Tədbir məktəbin müəllimləri Vəfa Nağıyeva və Nigar Hüseynovanın təşkilatçılığı ilə baş tutdu.Tədbirdə məktəbin direktoru Bənövşə Cəfərova, direktor müavinləri , müəllim və şagirdlərlə bərabər valideynlər də iştirak edirdi.Tədbiri giriş sözü ilə məktəbin direktoru açdı. O, tədbir haqqında iştirakçılara geniş məlumatlar verdi. Sonra tədbir maraqlı çıxışlarla, musiqi nömrələri ilə davam etdi.