“Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgi

Məktəbin biologiya müəllimi Simuzər Qədirovanın rəhbərliyi ilə 6”c” sinif şagirdləri “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi nin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi “Şirvanşahlar irsi dünya muzeylərində “ adlı sərgidə iştirak etmişlər. Şagirdlər sərgidə Türkiyənin Əsgəri muzeyinin kolleksiyalarında yer alan Şirvanşahlar dövrünə aid eksponatlar və digər nümunələrlə tanış olmuşlar. Bu sərginin təşkil olunması vətən tarixini öyrənmək üçün çox böyük əhəmiyyətə malikdir. Şagirdlər bu sərgidə böyük həvəslə iştirak etmiş, geniş məlumatlara yiyələnmişlər.