Heydər Əliyev-həmişə qəlbimizdədir!

12 dekabr-Azərbaycan xalqının yaddaşından silinməyən bir gündür. Hər il olduğu kimi bu il də məktəbimizdə Ulu öndərimiz Heydər Əliyev dühası məhəbbətlə yad edilir, şagirdlərin təqdimatında maraqlı tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri məktəbin dil-ədəbiyyat müəllimi Vəfa Nağıyevanın rəhbərliyi ilə təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Tədbirə müqəddəs üçrəngli bayrağımız gətirildi. Dahi liderimiz Heydər Əliyevin həyatından bəhs edən video çarx nümayiş olundu.Tədbir zamanı şagirdlər şeirlər, mahnılar ifa etdilər, əvəzolunmaz çəxsiyyətə məxsus kəlamlarını söylədilər.
Sonda məktəbin direktoru Bənövşə Cəfərova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqının müstəqilliyi uğrunda apardığı mübarizə yollarından şagirdlərə məlumat verdi.
.