Tarix fənnindən nümunəvi dərs
Məktəbin tarix müəllimi Sevinc Rzayevanın təşkilatçılığı ilə 7 “a” sinfində “ IX-XI əsrlərdə Azərbaycan mədəniyyəti mövzusunda açıq dərs keçirildi. Dərsin motivasiya hissəsi mövzuya uyğun olaraq tablo üztə suallarla başlandı.Şagirdlər maraqlı fərziyyələr irəli sürərək , Azərbaycan mədəniyyətinin qədimi adət-ənənələrini tərənnüm edən fikirlərini bildirdilər. Dərs şagirdıərin kiçik qruplarda işi ilə aparıldı. Müəllim öyrədici mühit yaradaraq, dərsə böyük diqqət və həvəs aşılamağa nail oldu. Şagirdlər səviyyələr üzrə qiymətləndirildi.
Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etdi.