Milli Dirçəliş Günü qeyd olundu

  Bu gün məktəbdə məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Milli Dirçəliş Gününə həsr olunmuş tədbir təşkil olundu.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Bənövşə Cəfərova açıq elan edərək, şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verdi. B.Cəfərova bildirdi ki, Milli  Dirçəliş Günü  xalqımızın  istiqlaliyyəti uğrunda mübarizəsində əsas mərhələlərindən biri kimi dahi liderimiz  Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlar  xalqımızın tarixində böyük yer tutur.

  Tədbirdə məktəbin “Gənc istedadlar” dərnəyinin üzvləri fəal iştirak etdilər.Tədbir Milli Dirçəliş Günü ilə bağlı video-çarxla, təqdimatlarla, musiqi və şeir nümunələri ilə davam etdirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi