“Bayrağımız müqəddəsdir!”

  Məktəbin akt zalında ibtidai sinif müəllimi Ülviyyə Dünyamalıyeva 2”c” sinif şagirdləri ilə “Bayrağımız müqəddəsdir!” adlı tədbir keçirtdi. Tədbirdə məktəbin direktoru Bənövşə Cəfərova, direktor müavinləri, müəllimlər və valideynlər iştirak etdi.

  Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Üçrəngli bayrağımız tədbirə gətirildi və bayrağımızın əzəmətini özündə əks etdirən video çarx nümayiş olundu. Şagirdlər musiqi, şeir təqdimatları nümayiş etdirdilər.Şagirdlər maraqla çıxışlar edərək bayrağımızın möhtəşəm olduğunu özündə əks etdirən çıxışlarla böyük maraq hissi yaratdılar.

  Tədbirin sonunda məktəbin direktoru Bənövşə Cəfərova çıxış edərək şagirdlərə gözəl təqdimatlara görə təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi