.“Müstəqilliyimiz əbədidir!” mövzusunda inşa yazıldı

Məktəbin XI sinif şagirdlərinin iştirakı ilə “18 Oktyabr Dövlət Müstəqillik günü” nə həsr edilmiş “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi təşkil olundu.İnşa yazısını şagirdlər ilə məktəbin dil-ədəbiyyat müəllimləri təşkil etmişdi. Şagirdlər bu əlamətdar gün ilə bağlı olaraq, vətənpərvər ruhda öz maraqlı fikirlərini təqdim etdilər.
Məktəbin direktoru Bənövşə Cəfərova şagirdlərlə söhbət apararaq, bu günün Azərbaycan xalqı üçün böyük əhəmiyyətindən söhbət açdı, müstəqilliyimizin əbədi olması üçün hər kəsi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə və hər bir şagirdin öz sahəsində dövlətimizə ləyaqətlə xidmət göstərməsini tövsiyyə etdi.
.