Məktəbəhazırlıq qruplarında ilk dərs günü başlandı

Oktyabrın 1-də məktəbin məktəbəhazırlıq qruplarında 5 yaşlı uşaqların ödənişsiz əsaslarla təlimlərinə start verildi. 2018–2019–cu tədris ili 4 qrup üzrə 120 nəfər 5 yaşlıların elektron ərizələri təsdiq edilmişdir. Əllərində gül dəstələri ilə məktəb həyatına ilk dəfə qədəm qoyan balaca fidanların təbəssümlü çöhrələrində gülüş və sevinc duyulurdu. İlk məşğələ günü məktəb rəhbərliyi 5 yaşlılar və onların valideynləri ilə görüşdü, onlara xoş arzularını və istəklərini bildirdi. Sonra balacalar öz sinif otaqlarına daxil oldular.
Sizə uğurlar arzulayırıq, əziz balalar!